Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:53

-

Noyabrın 30-u həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin doğum günüdür, onun 53 yaşı tamam olur.

20 ildən çoxdur ki, vəkillik fəaliyyəti ilə məşğul olan İntiqam Əliyev Biləsuvar rayonunda anadan olub, ailəlidir, iki övladı var.

«Hüquq Maarifçiliyi Cəmiyyəti» təşkilatının rəhbəridir, 2014-cü il avqustun 8-də həbs olunub.

2015-ci il aprelin 22-də 7 il 6 ay azadlıqdan məhrum edilib.

İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

O, ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.

«Amnesty International» təşkilatı İntiqam Əliyevi vicdan məhbusu elan edib.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi və ya vicdan məhbusu olmadığını deyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG