Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:59

-

V çağırış Milli Məclisin (MM) komitə üzvlərinin sayı azaldılacaq.

Məlumatı «Report» yayıb. Bildirilir ki, səbəb parlamentdə komitələrin sayının artırılmasıdır.

İndiyədək Milli Məclisdə 11 komitə olub, məlumata görə, indi komitələrin sayı 15-dək artırılıb.

Yeni yaradılan komitələr Səhiyyə komitəsi, Ailə, qadın və uşaq məsələləri komitəsi, İctimai birliklər və dini qurumlar komitəsi və Gənclər və idman komitəsidir.

Yeni tərkibdə Təhlükəsizlik və müdafiə komitəsi Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi, İqtisadi siyasət komitəsi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, Sosial siyasət komitəsi Əmək və sosial siyasət komitəsi adlandırılıb.

Bununla da V çağırış MM-də komitə üzvlərinin sayı orta hesabla 8 olacaq. Məlumata görə, MM-in komitələrinin tərkibi dekabrın 1-də açıqlanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG