Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:09

-

Müşfiqabad qəsəbəsinə işləyən 114 saylı avtobusun əvvəlki xətti bərpa edilib. Bu barədə AzadlıqRadiosuna sərnişinlər məlumat verib. Artıq avtobus «20 Yanvar» metrostansiyasına qədər hərəkət edəcək.

114 saylı avtobusun qısaldılmış xətti Müşfiqabad qəsəbəsindən Bakı Beynəlxalq Avtovağzalına qədər idi.

Bir neçə gün öncə bu problemlə bağlı AzadlıqRadiosu yazı dərc etmişdi. Belə ki, 114 saylı avtobusun «20 Yanvar» metrostansiyasına qədər gəlməməsi sərnişinlərdə narazılığına səbəb olmuşdu. Onlar iki marşrut avtobusu dəyişməklə həm vaxt, həm də pul itkisi ilə qarşılaşdıqlarını bildirirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG