Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:39

Obama Paris qurbanlarını yad edib


Barack Obama (sağda), Francois Hollande (C) və Anne Hildago

Barack Obama (sağda), Francois Hollande (C) və Anne Hildago

-

ABŞ prezidenti Barack Obama Parisdə son terror hücumlarında həlak olanların xatirəsini yad edib. ABŞ prezidenti Parisə BMT iqlim konfransında iştirak üçün gəlib.

Obama, Fransa prezidenti Francois Hollande və Parisin meri Anne Hidalgo-nin müşayiəti ilə noyabrın 30-da Bataclan konsert zalına gül dəstələri qoyub. Noyabrın 13-də bu konsert zalında 90 nəfər öldürülüb.

Ümumilikdə isə Paris hücumlarında 130 nəfər həlak olub. O vaxtdan bəri Fransada fövqəladə vəziyyətdir.

Daha öncə Kanadanın baş naziri Justin Trudeau fransalı həmkarı Manuel Valls ilə birlikdə Bataclan-ı ziyarət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG