Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:46

-

İran xarici enerji şirkətlərini cəlb etmək məqsədilə neft kontraktlarının yeni modelini açıqlayıb. Məqsəd bu il əldə olunmuş yekun nüvə sazişinə uyğun olaraq sanksiyalar qaldırılandan sonra yeni şirkətləri cəlb etməkdir.

Yeni kontraktlar noyabrın 28-də Tehranda keçirilən mətbuat konfransında təqdim olunub, tədbirdə dünyanın bir sıra böyük enerji şirkətləri iştirak edib.

Yeni şərtlərə görə, xarici şirkətlərə uzun-müddətli gəlirlərdə daha böyük pay verilir.

Həmin konfransda İran investorlara 30 milyard dollarlıq layihələr təqdim edib. Məlumatlara görə, Shell, Total və Lukoil artıq işləməyə maraq göstərdikləri yataqları müəyyənləşdiriblər.

İyulda dünya gücləri əldə olunmuş saziş Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tutur.

İran sanksiyalar qaldırılandan sonra gündəlik neft istehsalını 500 min barel artıracağını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG