Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:32

-

Rusiyada yüzlərlə yük maşını sürücüsü Moskvaya doğru hərəkət edərək hökumətdən yeni yol vergisini təxirə salmağı tələb edir.

Sankt Peterburqda etiraz edən sürücülərdən biri Alexander Rastorguyev deyib ki, 200 yük maşını Moskvaya doğru hərəkət edir, noyabrın 30-da şəhər kənarında planlaşdırılan etirazda iştirak edəcək. Onlara Rusiyanın digər yerlərindən də etirazçılar qoşulacaq.

Bəzi regionlarda yerli rəhbərlik yük maşınlarının paytaxta yürüşünün qarşısını ala bilib.

Üç həftədir yük maşınları sürücüləri yeni vergiyə etiraz edirlər. Həmin vergi səbəbindən nəqliyyat xərcləri 15-20 faizi artacaq.

Rəsmilərin fikrincə, məqsəd yollara yük maşınlarının vurduğu ziyanı aradan qaldırmaq üçün bərpa işləri həyata keçirməkdir. Tənqidçilər isə yeni verginin kiçik və orta şirkətləri iflasa uğradacağını, inflyasiyanı qaldıracağını deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG