Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:23

-

Türkiyə ilə Avropa Birliyi Avropaya miqrant axınının qarışısını almaq üçün razılığa gəliblər. Razılaşmaya görə, Türkiyə suriyalı qaçqınlara yardım üçün 3 milyard avro (3.2 milyard dollar) alacaq, əvəzində sərhədlərini gücləndirəcək və qaçqınları ölkədə saxlayacaq.

Avropa Birliyi həmçinin Türkiyənin quruma üzvlük danışıqlarını canlandıracaq.

Avropa Şurasının prezidenti Donald Tusk Türkiyənin baş naziri Ahmet Davutoglu ilə Brüsseldə keçirilən mətbuat konfransında deyib ki, Türkiyənin AB-yə üzvlük prosesi sürətlənməlidir.

“Razılaşdıq ki, Türkiyənin üzvlük prosesinə yeni nəfəs verilməlidir,” Tusk deyib.

Davutoglu “Türkiyənin üzvlüyünün bir sərvət” olacağını deyib və 4 saatlıq sammit zamanı fikir ayrılıqlarının çıxmadığını sözlərinə əlavə edib.

AB-nin ayırdığı pul Türkiyədə yaşayan 2.2 milyon suriyalının həyatını yaxşılaşdırmaq məqsədi güdür. Məqsəd odur ki, onları daha Avropaya getmək istəməsinlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG