Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:59

-

Mingəçevirdə qoyun otaran gəncə canavar hücum edib, ağır xəsarət yetirib.

APA informasiya agentliyinin məlumatına görə, hadisə noyabrın 29-da axşam saatlarında şəhər kənarındakı dağətəyi ərazidə baş verib.

Mingəçevirdə yaşayan 1993-cü il təvəllüdlü Məmişov Elçin Xəlil oğlu qəflətən canavarların onun qoyunlarına hücum etdiyini görüb. Canavarlar 4 baş qoyunu parçalayıb. Elçin Məmişov onları ərazidən qovmaq istədikdə özü də vəhşi heyvanların hücumuna məruz qalıb.

Canavarlar yerə yıxılan Elçin Məsimova bədən və baş nahiyyəsindən xəsarət yetirib.

Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilən yaralının üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Hazırda onun vəziyyəti orta-ağır olaraq qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG