Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:15

-

AzadlıqRadiosunun qazax xidmətinin əməkdaşı Günarə Başkenova milli kimlikdən yazır.

Bu yaxınlarda pasportumu dəyişdim. Xatırlamıram neçənci dəfədir, həyat tərzi üzündən əsas vətəndaşlıq sənədimi daha tez-tez dəyişməli oluram, nəinki qanunun tələbinə görə. Və arxivimdə müxtəlif dövlət və hakimiyyət orqanlarının müxtəlif İD nömrəli, hətta ölkə adının göstərildiyi cürbəcür pasportlar yığılıb. “Kazakstan, Kazakhstan” – mənim həyatımda stabillik olmadığı kimi dövlətin adında da stabillik yoxdur.

2015-ci ilin oktyabrında ezamiyyət zamanı məlum oldu ki, xarici pasportumda viza vurulması üçün boş yer qalmayıb. Bəlkə də ona görə 5-ci qrafa ilə bağlı sual məni qəfil yaxaladı.
- Milliyyətinizi göstərəcəksizmi? – miqrasiya polisinin zabiti məndən laqeydcəsinə soruşdu:

Çaşdım və nə cavab verəcəyimi bilmədim.

Sual məni dalana dirədi, axı mahiyyətinə görə mürəkkəb sual idi, mən kiməm: mən qazaxam.

“Qazax”lığımın göstərilməsi məni bütün həyatım boyu müşayiət edib. Biz, çoxmillətli sovet ölkəsinin uşaqları hər yerdə - məktəbdə, xəstəxanada, pioner düşərgələrində hansısa vacib olmayan anketlərdə öz öz milliyətimizi göstərirdik.

“Bu yalnız statistika idi, vəssalam”

İndiyə qədər birinci sinfimin milli tərkibi yadımdadır: 15 rus, 8 alman, 3 tatar və iki qazax. Saymaq, hesablamaq, hansısa gözəgörünməz tərəzilərdə adamları böyük-kiçik çəkmək əhali üçün ayıb deyildi, əsas o idi ki, burda pis niyyət yox idi.

15 rus, 8 alman, 3 tatar və iki qazax – bu yalnız statistika idi, vəssalam.
Sinifimizdə kimisə etnik qrupa aid etmirdilər, qiymətini azaldıb artırmırdılar, sadəcə, bir dəfə vurğulamışdılar: Vanya rusdu, Marat qazaxdır .
Ancaq milli siyasətdə müasir tərz bir vaxtlar yalnız sovet adamları olan böyük imperiya sakinlərini milli hisslə üzləşdirdi.

Arxiv fotosu

Arxiv fotosu

Xüsusilə rusdilli, rus dilində və rus mədəniyyəti ilə tərbiyə alan qazaxlar üçün bu məsələ aktual idi.

“Mən – ingilisəm, britaniyalı deyiləm”

Qazax- suala tələm-tələsik cavab verdim və hər zaman– həyacansız, qürurla, ya da əksinə təəəsüflə (belə də olur) özümü qazax saymışam. Sadəcə mən varam. İndi mənə bu “məndən”, özümün vacib hissəmdən, bəlkə də şəxsiyyətimin özəyindən imtina etməyi təklif edirlər. Niyə? Qazaxıstanlı olmaq üçünmü?

“Öz “britaniyalılığımı” fundamental ingilisliyimin səthi dəyişdirilməsi, daha çox qədim binaya yöndəmsiz yapışdırılmış yeni fasad kimi qəbul edirəm.

Britaniya - təşkilati və əlverişli siyasət üçün pasport sözüdür. Bütün situasiyalarda mənə vacib olan mənimdir. Mən – ingilisəm, britaniyalı deyiləm”, - deyə öz milli kimliyi barədə böyük ingilis yazarı John Fowles belə yazıb.

Bütün stuasiyalarda mənə vacib olan mənəm – mən qazaxam, qazaxıstanlı deyiləm. Doğrudan da anlamıram, bundan kimə nə ziyan var. Pasportdan bu dəqiqləşdirməni götürün və anlaşılmır, nəsildən sonra nə qalacaq, ümumiyyətlə, qalacaqmı? Qəbul edirik, biz ingilis deyilik, bizim böyük tarixi və mədəni keçmişimiz yoxdur, bizim binamız ingilslərinki kimi qədim və şəffaf deyil, ancaq artıq ona yöndəmsiz yeni fasad yapışdırılır.

Qazaxıstanda qazax olmaq...

Özünü dünya adamı kimi hiss eləmək, kimin xalqı qəşəng şəhər tikib, böyük elmə imza atıb, böyük ədəbiyyat, rəsm əsəri, musiqi yaradıb... kimin xalqı əsrlik yuxudan oyanıb, - sadəcə müxtəlif deyil, onların arasında dərin komplekslər, lovğalıq, inciklik və həsəd var. İngiltərədə ingilis, Fransada fransız, Rusiyada rus olmaq – Qazaxıstanda isə qazax olmaq başqa-başqa şeylərdir.

Əgər başqaları qazax olmaq istəmirsə, - onları anlayıram və məzəmmət etmirəm,- niyə mən özümdən imtina etməliyəm?
- İndi siz öz milliyətinizi göstərəcəksizmi? – miqrasiya polisi hövsələsizcəsinə məndən soruşdu:
- Əlbəttə, göstərəcəm.

Günün bütün mövzuları

XS
SM
MD
LG