Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:39

-
Noyabrın 28-də Diyarbakırda silahlı hücum nəticəsində Diyarbakır Vəkillər Kollegiysının sədri Tahir Elçi öldürülüb. Tahir Elçi vəkil, fəal hüquq müdafiəçisi idi.

1992-ci ildən Türkiyənin kürdlərin sıx yaşadığı Diyarbakır vilayətində müstəqil vəkil kimi çalışıb. Son illər insan hüquq müdafiəçisi kimi geniş fəaliyyət göstərib.

Bir çox işləri Avropa İnsan Haqları Məhkəməsinə çıxarıb.

Tahir Elçi 1990-cı illərdə mühakiməsiz cəzalar, kəndlərin yandırılması ilə bağlı işlərdə zərərçəkənləri müdafiə edib. O, 1994-cü ildə 26 nəfərin ölümünə səbəb olan Kuşkonar və Koçağılı kəndlərini bombalanması da daxil olmaqla bir neçə səsli-küylü işlərdə vəkil kimi çıxış edib.

Elçi cinayət hüququ və insan haqları sahəsində tanınan bir peşəkar idi.

“Silah, toqquşma istəmirik”

Tahir Elçi vurulmamaışdan əvvəl Diyarbkırın Sur yaşayış məntəqəsindəki qarşıdurmlarda zərər görmüş tarixi minarənin qarşısında mitinqdə iştirak edirdi. Çıxışında “silah, toqquşma” istəmirik demişdi.

Tahir Elçi öldürülməmişdən əvvəl bunları demişdi:

“Burdan çağırış edirik. Biz bu tarixi bölgədə bir çox mədəniyyətə ev sahibliyi etmiş bu qədim bölgədə silah səsi, atışma, əməliyyatların keçirilməsini istəmirik. Arzu edirik ki, müharibələr, toqquşmalar, silahlar, axtarışlar bu torpaqlardan uzaq olsun”.

Tahir Elçi CNN Türk telekanalında söylədiyi “PKK terror təşkilatı deyil” sözlərinə görə terror təşkilatı təbliğatı aparmaq ittihamı ilə saxlanılmışdı. Daha sonra nəzarətdə olmaq şərtiylə buraxılmışdı. Elçi “Tərəfsiz Bölgə” proqramındakı çıxışında demişdi ki, PKK silahlı siyasi bir hərəkatdır: “Çox ciddi dəstəyi olan siyasi bir hərəkatdır”.

Haqqında açılan cinayət işində 1,5 ildən 75, 5 ilə qədər həbsi istənilirdi.
Tahir Elçi noyabrın 29-da Diyarbkırda dəfn edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG