Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:17

Adam da adama yoluxur axı


Şəhriyar İbrahimov
Şəhriyar İbrahimov

-

Şəhriyar İbrahimov

Xatirələr qəbiristanlığı

Zaman keçdickə, yatağının sol tərəfindəki yastığın soyuqluğu üzünə hopur,

Baxışlarına hopur.

Gözlərində avar çəkməyə başlayır yarımcan xatirələr.
Bir az da qalınlaşır əynindəki tənhalıq köynəyi.
Bir az da üşüyür şeirlərin.
Bir az da boşalır ürəyinin dayaq nöqtəsi.
Darıxmağa bir adam da tapmırsan.
Xatirələr qəbristanlığından süzülən göz yaşları qədəhlərinə minib geri qayıdır.

Gözlərin boşaldıqca içinə sınıqlar,boşluqlar dolur.
Bir az içki düşkünü olursan,
Külqabılar tez-tez dolmağa başlayır.
Ömrün üfüq xəttində təklikdən başqa heç nə görünmür.
Başqa heç nə bitmir, yanmış ürəyin səthində.
Başqa heç nə...
Və gün gəlir üzünü Allaha tutub bir atımlıq səbir istəyirsən,

bir dərimlik nəfəs: bir az da kimsəsizləşmək üçün,
Bir az da unudulmaq, bir az da xatırlanmamaq üçün.

Payız ömür

Kökləyib eşq üstə bu payız ömrü,
Mən bəmə düşürəm, zilə çıxmıram.
Daha gizli qalan arzu kimiyəm,
Daha öz içimdən çölə çıxmıram...

Həsrətdən saralıb yolların üzü,
Eşqim xəzəllərin dilinə düşüb,
Mürgülü bəxtimin yumulur gözü,
Ömrüm sonbaharın əlinə düşüb...

Təqvim yola salır aylar, fəsillər,
Ömür də xəzəl tək soluxur axı.
Dəmləyib gözündə bir ovuc kədər,
Adam da adama yoluxur axı...

Axı tək qalanda üşüyür adam,
Nə mövsümə baxır, nə də geyimə.
Üst-üstə geyinib tənhalığımı,
Yenə üşüyürəm sənsizliyimə...

Tale Yollarımın üzü aşağı

Tale yollarımın üzü aşağı,
Bəxtimin hər sevinc payı kəsilib.
Sönüb bu sevginin ümid işığı,
Day qara gözlərin suyu kəsilib...

Ömür cırıldayır köhnə qapı tək,
Gözlərim yağışın küyünə düşüb.
Saplanıb qəlbimə iynə sapı tək,
Bu eşqin axırı düyünə düşüb...

İndi tək deyiləm, qəm var, kədər var,
Həsrətim özü də daha tək deyil.
Bu ömür dediyin - bugün sabahı,
Sabah da dünəni düşünmək deyil?!

Alnıma bir qəfil güllə çaxmağa,
Görəsən alnımda yazım olacaq?
Rəngsiz göz yaşını dar günə saxla,
Axı mən öləndə lazım olacaq...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG