Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:54

Ukrayna «Qolodomor» qurbanlarını yad edir


Xarkov - 1933
Xarkov - 1933

-

Noyabrın 28-də Ukraynada «Qolodomor» qeyd olunur, 1932-1933-cü illərdə aclıqdan ölən milyonların xatirəsi yad edilir. Ölkədə dövlət bayraqları endirilib, əyləncəli tədbirlər təxirə salınıb. Yerli vaxtla saat 16-da ümummilli sükutdan sonra «Xatirə şamı yandır» aksiyası başlayıb.

Ukrayna prezidenti Petro Poroshenko həyat yoldaşı Marina ilə birlikdə «Qolodomor qurbanları memorialı» Milli Muzeyini sünbül və başınağacı kompozisiyası ilə ziyarət edib.

Poroshenko Facebook səhifəsində «Qolodomor»un Rusiyanın Ukrayna əleyhinə apardığı çoxəsrlik hibrid müharibənin bir hissəsi olduğunu bildirib.

Ukrayna ilə Amerika alimlərinin birgə hesabatlarına görə, 1932-ci ildən 1934-cü ilə kimi Ukraynada süni yaradılmış aclıq nəticəsində 3.9 milyon ukraynalı ölüb. Bu da əhalinin ümumi sayının 13 faizi qədərdir.

Bəzi araşdırmaçılar bu sayın qat-qat çox olduğunu bildirir. Hesab edilir ki, 10 milyondan çox insan edam, aclıq, deportasiya nəticəsində həlak olub.

Həmin illərdə Sovet lideri Stalin-in apardığı kolxozlaşma siyasəti nəticəsində kəndlilərin çörəkləri və ərzaqları əllərindən alınıb.

28 noyabr «Qolodomor günü» olaraq 2006-cı ildən qeyd edilir.

XS
SM
MD
LG