Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:38

Ramil Usubov polisin yasına gedib


Nardarandakı atışmada ölən polislər dəfn edildi
Gözlə

No media source currently available

0:00 0:00:28 0:00

Nardarandakı atışmada ölən polislər dəfn edildi

-

Daxili işlər naziri Ramil Usubov Bakının Nardaran qəsəbəsində baş verən hadisələrdə ölmüş polis serjantı İsmayıl Tağıyevin Lənkəran şəhərində keçirilən hüzr mərasimində iştirak edib.

Məlumatı «Report» yayıb.

Yas mərasimində Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü Hacı Qəni Axundzadə çıxış edib. O deyib ki, cənub bölgəsinin ruhaniləri və dindarları dövlətə və dövlətçiliyə hər zaman sadiqdirlər.

38 yaşlı İsmayıl Tağıyev noyabrın 26-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilmiş xüsusi əməliyyat zamanı həlak olan iki polis serjantından biridir.
O, ağır atletika üzrə Avropa çempionu idi. Üç övlad atası idi.

II Fəxri Xiyabanda torpağa tapşırılan hər iki polis əməkdaşı «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilib.

XS
SM
MD
LG