Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:48

Amerikalılar alış-verişə qaçdılar


«Qara Cümə». Televizor uğrunda mübarizə.
«Qara Cümə». Televizor uğrunda mübarizə.

-

Bu il ABŞ-da «Qara Cümə» günü əvvəlkilərdən fərqli keçib.

«Qara cümə» Milad bayramına qədər mağazalarda endirim mövsümünün başlandığı gündür və Amerika sakinləri bu günü səbirsizliklə gözləyirlər. Adətən cümə axşamından cüməyə keçən gecə Birləşmiş Ştatlarda mağazaların önündə uzun növbələr yaranır.

Amma bu dəfə «Qara Cümə»də ABŞ-ın mağaza və ticarət mərkəzlərində həmişəki izdiham gözə dəyməyib. Müşahidələr onu deməyə əsas verir ki, amerikalılar endirimlə mal əldə etməyə həvəsli olsalar da, bu dəfə ehtiyatı da əldən verməyiblər.

«Bu, hələ başlanğıcdır, indiyədək olan alıcılıq qabiliyyəti yaxşıdır, amma əla deyil» – ölkənin müxtəlif hissələrində müştəri sıxlığını öyrənən şirkətdən Craig Johnson belə deyir.

39 yaşlı Milagros Munez Nyu-Yorkdakı ticarət mərkəzinə oyuncaq alış-verişinə çıxıb. «İzdihamla rastlaşmayaq deyə, biz səhər tezdən gəldik. Bəzi mağazalar bütün gecəni də açıq olur, düşünürəm ki, əksəriyyət axşamlar alış-verişə gəlir» – deyir Munez.

Çikaqodakı «The Macy's Inc.» mağazasının əməkdaşları da bu il həmişə izdihamın olmamasından gileylidirlər.

23 yaşlı tələbə Nia Darrell iki dostu ilə birlikdə dükanların birindən palto və əl çantası alır. Deyir ki: «Mən dünən internet üzərindən alış-veriş etdim, nə lazım idisə çoxunu elə aldım. İndi isə ona görə burdayam ki, «Qara Cümə» bizim üçün bir ənənədir, amma endirimə gəldikdə elə internet alış-verişində də eyni endirimlərdir».

ONLAYN SATIŞIN ÜSTÜNLÜYÜ

Birləşmiş Ştatlardan olan alıcılar çərşənbə axşamından cüməyə keçən gecə onlayn alış-veriş zamanı 1 milyard dollardan çox pul xərcləyiblər, bu isə ötən illə müqayisədə 22 faiz çoxdur. «Adobe Digital Index»in gəldiyi qənaətə görə, həmin zaman kəsiyində 100 milyon istifadəçi 4 min 500 sayta müraciət edib.

Şükranlıq gününün axşamı isə ölkənin əksər mağazalarında alıcı sıxlığı olub. Yerli medianın verdiyi məlumata görə, Kentukki ştatındakı ticarət mərkəzində hətta alıcılar arasında dava düşüb, məsələyə polisin müdaxiləsinə ehtiyac yaranıb.

Bu il Şükranlıq bayramı endirimlərinin 20 faiz olacağı gözlənilir. Əsas alış-veriş ayları sayılan noyabr və dekabr əksər pərakəndə ticarətçilər üçün də həlledicidir, çünki onlar da illik satışlarının 20-40 faizini məhz bu iki ay ərzində həyata keçirirlər.

Bu il alıcılar pul xərcləmək baxımından daha ehtiyatlı davranırlar.

Həyat yoldaşı enerji sənayesində çalışan 27 yaşlı Jorgette Clark deyir ki, ötən il ailə büdcələri bu illə müqayisədə daha çox idi:

«Hiss edirəm ki, bu il xeyli qənaət etmişik. Həyat yoldaşım neft yataqlarında çalışır. Görünən odur ki, bu il biz Milad Bayramının dadını daha az hiss edəcəyik».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG