Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:03

Akademik Tofiq Hacıyev dəfn edildi


Tofiq Hacıyev
Tofiq Hacıyev

-

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev noyabrın 27-də II Fəxri xiyabanda dəfn olunub.

«Report» xəbər verir ki, dəfn mərasimində mərhumun yaxınları ilə yanaşı, Akademiyanın işçiləri, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, institut direktorları, elm xadimləri iştirak edib.

Atatürk Mərkəzinin sədri Nizami Cəfərov deyib ki, mərhumu türk dünyasında «xocaların xocası» adlandırırdılar: «O, milli ictimai şüuru yetişdirən, onu formalaşdıra insan idi. Onun hər bir əsəri, hər bir kitabı bir məktəbdir».

Akademik Tofiq Hacıyev və həyat yoldaşı Tamara Hacıyeva noyabrın 26-da səhər saatlarında dəm qazından zəhərləniblər. Akademik Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələnə kimi zəhərlənmədən ölüb. Onun həyat yoldaşı isə hazırda xəstəxanadadır.

XS
SM
MD
LG