Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:05

Folknerin əvvəllər məlum olmayan pyesi çap olunub


 William Faulkner
William Faulkner

-

Görkəmli yazıçı William Faulkner'ın Nobel mükafatı almazdan çox əvvəl, hələ gənc ikən (1920-ci illərdə) yazdığı və yeni ortaya çıxan ''Twixt Cup and Lip'' adlı pyes bugünlərdə işıq üzü görüb.

Bu, birpərdəli pyesdir. Əyləncə və caz dövründə zəngin subay otuz yaşlarında iki kişi 19 yaşlı bir qadını evlənmək üçün dilə tuturlar.

Maraqlıdır ki, bu pyesi də “Strand” jurnalının redaktoru Andrew Gulli tapıb, Virginia Universitetinin "Abert and Shirley Small" kolleksiyasının içində axtarış apararkən. Dediyinə görə, o, yenə də öz tapıntısına “heyrətlənib”.

Xəbər verdiyimiz kimi, bu, Gulli'nin ilk tapıntısı deyil, bundan əvvəl də məşhur yazıçıların itmiş əsərlərini tapıb çap etmişdi.

A.Gulli son beş ildə elə hey hekayə "tapır": John Steinbeck, Tennessee Williams, Joseph Heller, Dashiell Hammett və başqalarının əvvəllər məlum olmayan hekayələrini.

Sonuncu tapıntısı avqust ayında olmuşdu, tapdığını iddia etdiyi Fitzgerald'ın hekayəsindən böyük kommersiya uğuru qazanmışdı.

XS
SM
MD
LG