Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:25

-

Rusiyanın diplomatik idarəsi Fransa xarici işlər naziri Laurent Fabius-un «İslam Dövləti»nə qarşı birgə mübarizə aparmaq yönündə yerüstü qüvvələr yaratmaq təşəbbüsünə müsbət münasibət göstərib.

Rusiya xarici işlər naziri Sergei Lavrov bildirib ki, bu təşəbbüs Moskvanın mövqeyi ilə üst-üstə düşür.

Bir qədər öncə Fransa xarici işlər naziri müsahibələrinin birində söyləmişdi ki, Suriyada «İslam Dövləti»nə qarşı yerüstü əməliyyatları Suriyanın hökumət ordusu, Azad Suriya Ordusu, eləcə də kürd birləşmələri apara bilər.

Lavrov Moskvada Suriya xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib ki, Kreml «İslam Dövləti»nin məhvinə çalışan bütün qüvvələrin koordinasiyasında maraqlıdır. Bu cür qüvvələr arasında Lavrov Suriya ordusunun, Assad rejimə əleyhdarlarının yaratdığı Azad Suriya Ordusunun da adını çəkib. Nazir başqa «vətənpərvər» silahlı bölmələrdən, o cümlədən kürdlərdən də danışıb.

Lavrov Fransa və Rusiya prezidentlərinin görüşünə də toxunub. O deyib ki, hər iki prezident İŞİD-lə mübarizədə səyləri birləşdirmək üçün az da olsa, amma konkret addım ata biliblər.

Putin iki gün öncə bildirmişdi ki, Rusiya «İslam Dövləti»nə qarşı vuruşan birliklərə zərbə endirməkdən qaçacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG