Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:30

Futbol üzrə Avropa Liqasının qrup mərhələsində noyavrın 26-da Bakıda “Qarabağ”ın “Tottenhem”ə uduzmasından 0:1 hesabı ilə uduzmasından sonra Ağdam klubunun növbəti mərhələyə hansı halda çıxacağı müzakirə olunur.

Qol.Az-ın məlumatına görə, son turda “Qarabağ” səfərdə “Anderlext”in, “Monako” isə “Tottenhem”in qonağı olacaq.

Hazırda qrupda sıralama belədir:

1. “Tottenhem”: 5 oyun, 10 xal

2. “Anderlext”: 5 oyun, 7 xal

3. “Monako”: 5 oyun, 6 xal

4. “Qarabağ”: 5 oyun, 4 xal

Turnir cədvəlindən göründüyü kimi, Ağdam təmsilçisi son turda qalib gəlsə, onun “Anderlext”lə xalı bərabərləşəcək. “Qarabağ”ın növbəti mərhələyə çıxması üçün qələbə qazanması mütləqdir. Amma bunun üçün “Monako”nun səfərdə artıq “pley-off”a vəsiqə qazanan “Tottenhem”lə oyunda xal itirməsi lazımdır. Əgər Londondakı görüşdə “Monako” qələbə qazansa və “Qarabağ” da “Anderlext”i udsa, onda “Monako” klubuqrupun ikincisi kimi növbəti mərhələyə çıxacaq.

Yox, əgər “Monako” “Tottenhem”lə oyunda bir xal qazansa, “Qarabağ” isə qalib gəlsə qrupda ikinci “Qarabağ” olacaq.

UEFA-nın əsasnaməsinə görə, 2-3 və 4-cü yeri tutan komandaların xalları bərabər olsa, bu halda 3 klubun sırf öz aralarındakı oyunda qazandığı xallar əsas götürülür. Belə halda şəxsi oyunlardakı xal sıralaması aşağıdakı kimi olacaq:

“Qarabağ” - 7 (“Anderlext”lə oyunlarda 6 xal, “Monako”yla oyunda 1 xal)

"Monako” – 5 (“Qarabağ”la oyunlarda 4, “Anderlext”lə oyunda 1 xal)

“Anderlext” – 4 (“Monako”la oyunlarda qazanılan 4 xal)

Beləliklə, hazırda “Qarabağ”ın rəqibləri ilə müqayisədə top fərqi yaxşı olmasa da (-3, “Anderlext”də +1, “Monako”da -1) şəxsi oyunlardakı göstəriciyə görə, son turda qazanılan qələbə Ağdam klubunu növbəti mərhələyə çıxaracaq ("Monako"nun xal itirəcəyi halda).

Qeyd edək ki, təkcə Avroliqada deyil, UEFA-nın Çempionlar Liqasında daxallar bərabər olsa, komandalar arasında şəxsi oyunlardakı nəticələrə üstünlük verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG