Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:27

-

Prezident İlham Əliyev noyabrın 27-də Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu-nun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın məlumatına görə, Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu vurğulayan İlham Əliyev iki ölkənin bütün istiqamətlərdə uğurla əməkdaşlıq etdiyini bildirib.

Söhbət zamanı dövlət başçısı Türkiyə ilə Rusiya arasında münasibətlərdə yaranmış gərginliyə toxunub. O deyib ki, Azərbaycan hər iki ölkə ilə tarixən sıx əlaqələrə malikdir və bu gərginlikdən təəssüf və narahatlıq hissi keçirir. İlham Əliyev deyib ki, Azərbaycan tərəfi Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olunub, Azərbaycan ilə Türkiyənin həyata keçirdikləri TANAP, TAP, Bakı-Tbilisi-Qars və digər layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Xarici işlər naziri Mevlüt Çavuşoğlu İlham Əliyevi 1 noyabr parlament seçkiləri münasibətilə təbrik edib. «Çox uğurlu seçki keçirdiniz. Beynəlxalq təşkilatların hesabatlarına da baxdım. Dünən Avropa Şurasının təsdiq hesabatlarına da baxdım. Bu münasibətlə Sizi təbrik edirik», -deyib nazir.

Bu həftə Türkiyə Hərbi Hava Qüvvələri Rusiyanın SU-24 hərbi təyyarəsini Suriya ilə sərhəddə vurub. Bundan sonra iki ölkə arasında münasibətlər gərginləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG