Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:53

-

Parisin küçələrində balkon və pəncərələrdən Fransa bayraqları asılıb.

Ölkədə noyabrın 13-də törədilən terror qurbanları anılır, Parisdəki muzeyə 2 minədək adam yığışıb.

Fransa prezidenti Francois Hollandenin də qatıldığı mərasimdə 1 dəqiqəlik sükut elan edilib, sonra isə hərbi orkestr ölkə himnini çalıb.

Francois Hollande mərasimdə çıxış edərkən bildirib ki, Fransa bu cinayəti törədən fanatiklər ordusunu məhv etmək üçün bütün imkanlara əl atacaq.

Mərasimdə ölənlərin ailə üzvləri, müharibə veteranları və Paris hücumlarında xəsarət alanlar da iştirak edib.

Noyabrın 13-də Parisdə törədilən terror aktlarında 130 nəfər ölüb.

Bu hücumlara görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.

Parisdən çəkilmiş fotolar:

Günün bütün mövzuları

XS
SM
MD
LG