Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:31

-

Polşanın Krakov şəhərində keçirilən 22-ci Beynəlxalq «Etiuda&Anima» kinofestivalında «Bakı sübhdən günbatanadək» (Baku from Dawn till Dusk) tammetrajlı sənədli filmi də iştirak edir.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, noyabrın 28-dək davam edəcək festivala filmin prodüserlərindən Fariz Əhmədov xüsusi qonaq statusunda qatılıb.

Film festivalda noyabrın26-danümayiş olunub.

Polşa və Azərbaycan kinematoqrafçılarınınbirgə istehsalı olan «Bakı sübhdən günbatanadək» tammetrajlı sənədli filmi 2014-cü ildə «Dünya sübhdən günbatanadək» layihəsi çərçivəsində çəkilib.

Bu, Mirosław Dembinski və Maciej J.Drygas tərəfindən yaradılmış orijinal layihədir.

Layihə dünyanın müxtəlif şəhərlərindəki kino məktəblərinin tələbələrinə və gənc rejissorlara silsilə seminarların keçirilməsinə əsaslanır və bir neçə həftəlik kurs müddətində ərsəyə gəlir.

Layihə çərçivəsində 14 gənc rejissor Bakının ruhunu özündə əks etdirən 18 hissə lentə alıb.

Filmin Azərbaycan tərəfdaşı «Azanfilm» studiyasıdır.

Xəbərdə vurğulanır ki, layihənin müəllifləri Mirosław Dembinski və Maciej J.Drygas festivalda «Special Golden Dinosaur» xüsusi mükafata layiq görülüblər. Mükafatlandırma mərasimi bu gün, noyabrın 27-də baş tutacaq.

«Bakı sübhdən günbatanadək» sənədli filmi 2015-ci ilin sentyabrında Kazanda keçirilən beynəlxalq kinofestivalın müsabiqə proqramında, noyabrda isə Almaniyada keçirilən 25-ci «Cottbus» beynəlxalq film festivalında da nümayiş olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG