Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:40

Mevlüt gedir, Ahmet gəlir


Ahmet Davutoğlu
Ahmet Davutoğlu

-

Türkiyənin baş naziri Ahmet Davutoğlu Azərbaycana səfər edəcək.

«Report» xəbər verir ki, bu barədə Türkiyənin xarici işləri naziri Mevlüt Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Bakıdakı görüşü zaman bildirib.

M.Çavuşoğlu-nun dediyinə görə, baş nazirin Bakıya səfəri dekabrın 3-nə nəzərdə tutulub.

Səfər çərçivəsində A.Davutoğlu bir sıra rəsmi görüşlər keçirəcək. Həmin görüşlərdə ikitərəfli əməkdaşlıq, regional və dünya əhəmiyyətli məsələlər müzakirə olunacaq.

Bu, Ahmet Davutoğlu-nun Türkiyə hökumətinin yeni tərkibinin təsdiq edilməsindən sonra ilk rəsmi səfəri olacaq.

XS
SM
MD
LG