Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:55

Nardaranda ölən polislər dəfn edildi- [Video, Fotolar]


►Noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş verən silahlı insident zamanı həlak olan polis əməkdaşları dəfn edilib.

Polis zabitləri Vüqar Nəsibov və İsmayıl Tağıyevin dəfnində dövlət himni səsləndirilib və üç dəfə yaylım atəşi açılıb.

Dəfn mərasiminə daxili işlər naziri Ramil Usubov, milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev, baş prokuror Zakir Qaralov da qatılıblar.

Prezident İlham Əliyev polisləri ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif edib.

Eyni gündə atışmada ölmüş dindarların yas mərasimi də Nardaranda keçirilir.

Digər videolara burdan baxın

Günün bütün mövzuları

XS
SM
MD
LG