Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:05

Oqtay Əsədovdan Türkiyəyə mesaj


Oqtay Əsədov
Oqtay Əsədov

-

«Azərbaycan Türkiyə ilə Rusiya arasında yaranan gərginliyin aradan qaldırılması üçün əlindən gələni etməyə hazırdır».

APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşündə deyib. O, naziri Türkiyədə yeni hökumətin qurulması münasibətilə təbrik edib.

M.Çavuşoğlu isə Azərbaycanın bu mövqeyinə görə O.Əsədova təşəkkür edib. O qeyd edib ki, Türkiyə beynəlxalq hüququn tələblərinə uyğun addım atıb: «Türkiyə gərginlikdən yana deyil. Diplomatik yolla bu problemi həll edəcəyimizə inanırıq. Eyni mövqeni Rusiyadan da gözləyirik. Yaxın vaxtlarda gərginliyin azalacağına əminik».

Bu həftə Türkiyə Hərbi Hava Qüvvələri Rusiyanın SU-24 təyyarəsini sərhədi keçdiyi üçün vurub. Bundan sonra iki ölkə arasında münasibət gərginləşib.

XS
SM
MD
LG