Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:40

-

Avropa Birliyinin şərqdə yerləşən 10 üzvü Rusiyanın Almaniyaya qaz kəməri çəkmək planlarından narahatlıq bildiriblər. Onlar bu planın AB-nin maraqlarına zidd olduğunu, Ukraynanı daha da sabitsizləşdirəcəyini deyirlər.

Noyabrın 26-da yazılmış məktubu Polşa, Bolqarıstan, Çexiya, Slovakiya, Macarıstan, Rumıniya, Yunanıstan, Estoniya, Latviya və Litva imzalayıb.

Bu ölkələr Şimal Axını II layihəsinin müzakirəsi üçün sammit səviyyəli AB müzakirəsi keçirməyə çağırırlar.

Avropanın bir qrup şirkəti sentyabrda Rusiyanın Gazprom şirkəti ilə razılaşma imzalayıb. Sənəddə Şimal Axının kəmərinin Ukraynadan yan keçməklə Almaniyaya çəkilməsi nəzərdə tutulur.

Gazprom noyabrın 25-də bildirib ki, Ukraynaya qaz göndərişi dayandırılır.

Kiyev başqa yerdən daha ucuz qaz tapa biləcəyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG