Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:39

-

Berlində polis “dövlətə təhlükə yaradan ciddi zorakılıq aktı” planlaşdırmaqda şübhəli sayılan iki nəfəri saxlayıb.

Həmin 2 nəfərin İslam Dövləti (İD) ekstremist qrupunun təsiri altında olduğu iddia edilir, DPA yazır.

Almaniya mediasının məlumatına görə, biri suriyalı, digəri tunislidir.

Polis İslam mədəniyyət mərkəzi də daxil olmaqla, iki yerə reyddən sonra bu həbsləri həyata keçirib. Polis rəsmiləri “zorakılıq aktının Berlində planlaşdırılmasının” əlamətinin olmadığını bildirir.

Məlumatlara görə, polis qərbi Dortmund şəhərinə mümkün hücum barədə informasiya əsasında hərəkətə keçib.

Kansler Angela Merkel noyabrın 25-də deyib ki, Paris hücumlarından sonra Almaniyada təhlükəsizlik səviyyəsi yüksək olaraq qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG