Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:42

Öldürülən polislərdən birinin kimliyi bəllidir


Nardaran, 26 noyabr, 2015-ci il

Nardaran, 26 noyabr, 2015-ci il

-

Noyabrın 26-da Nardaranda silahlı insident zamanı ölən polislərdən birinin kimliyi məlum olub.

“Femida.az”-ın məlumatına görə, bu 40 yaşlı polis mayoru Vüqar Nəsibovdur. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı olub.

Ailəli olan Vüqar Nəsibovun iki övladı var.

Mərhumun II Fəxri xiyabanda dəfn ediləcəyi bildirilir.

Noyabrın 26-da AzadlıqRadiosu hadisə zamanı ölən polislərin kimliyi ilə maraqlansa da, Daxili İşlər Nazirliyi bu sualı cavablandırmamışdı.

Rəsmi məlumata görə, həmin hadisə zamanı 4 sıravi vətəndaş, 2 polis ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG