Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:06

Rusiya ABŞ koalisiyası ilə əməkdaşlıq edəcək


Vladimir Putin (sağda) və Francois Hollande

Vladimir Putin (sağda) və Francois Hollande

-

Rusiya prezidenti Vladimir Putin deyir ki, Rusiya Suriyada İslam Dövləti silahlı qruplaşması ilə vuruşan ABŞ koalisiyası ilə əməkdaşlığa sadiqdir.

Kremldə Fransa prezidenti Francois Hollande ilə danışıqlardan sonra mətbuat konfransında danışan Putin deyib ki, tərəflər Suriyada ikitərəfli əməkdaşlığı gücləndirməyə razılaşıblar.

Putin onu da deyib ki, Türkiyənin Rusiya təyyarəsini vurması Rusiyanın dost saydığı ölkə tərəfindən xəyanətdir.

Hollande bildirib ki, iki ölkə yalnız İD silahlıları və digər radikal qrupların hədəfə alınması barədə razılığa gəliblər.

Qərb Moskvanı Suriya prezidenti Bashar al Assad-a qarşı vuruşan, Qərbin dəstəklədiyi üsyançı qrupları hədəfə almaqda ittiham edir.

Hollande onu da deyib ki, Fransa Suriyada quruda İD yaraqlıları ilə vuruşan üsyançı qruplara dəstəyi artıracaq.

XS
SM
MD
LG