Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:31

Noyabrın 27-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman olacaq. Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeron yarımadasında gecə 7-10, gündüz 13-16, Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti olacaq.

Bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 1-6, gündüz 12-17, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG