Keçid linkləri

2024, 04 İyun, çərşənbə axşamı, Bakı vaxtı 10:01

E.Məmmədyarov: "Rusiyanın Qarabağla bağlı təklifinə baxırıq"


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

“Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın verdiyi təkliflərə baxılır”.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə Şərq Tərəfdaşlığı ölkələrinin qeyri-rəsmitoplantısında deyib.

Nazir bildirib ki, Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan ordusunun çıxardılması, məcburi köçkünlərin öz evlərinə qayıtması, Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icması arasında təmasların qurulması münaqişənin həlli istiqamətində mühüm elementlərdir və biz bunun üzərində cəmləşməliyik.

Nazir həmçinin qeyd edib ki,

Riqa Sammitindən sonra Parisdəki faciəvi hadisələr, Suriya sərhədindəki son proseslər də daxil olmaqla, çox dəyişikliklər baş verib. Elmar Məmmədyarov deyib ki, biz terrorçuluğun bütün formasına qarşı mübarizədə əməkdaşlıq etməliyik və bu hazırda gündəlikdə duran ən önəmli məsələdir.

Son zamanlar Azərbaycanda yayılmış söhbətlərə görə, Rusiya Ermənistanın işğal edilmiş bəzi rayonları sülh planının ilk mərhələsi kimi Azərbaycana qaytarmasında vasitəçilik edə bilər. Amma nə Azərbaycan, nə də Ermənistan rəsmiləri bu söz-söhbətə reaksiya vermirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG