Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:23

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Türkiyə rəhbərliyi qəsdən ikitərəfli münasibətləri dalana aparır.

Putin noyabrın 26-da Moskvada çıxış edərkən bildirib ki, Moskva Türkiyədən üzrxahlıq və Rusiya təyyarəsinin vurulması və pilotun ölümünə görə kompensasiya təklif edilməsini gözləyir.

Putin deyib ki, o Ankaradan bu cinayəti törədənlərin cəzalandırılmasını gözləyir.

Putin belə bir bəyanatla 15 ölknin yeni səfirini qəbul edərkən çıxış edib.

Putin həmçinin qeyd edib ki, “İslam Dövləti” qrupu bir neçə ölkənin passivliyi və xüsusilə onların terrorçularla birbaşa əlbir olmasına görə yaranıb.

Putin Suriyadakı terrorçu qruplaraqarşı mübarizə aparmaq üçün güclü və real beynəlxalq koalisiya yaradılacağına ümidlə yanaşdığını bildirib.

Qeyd edək ki, Putin təyyarənin vurulmasını Türkiyə tərəfindən arxadan zərbə adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG