Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:29

Böyük Britaniyanın baş naziri David Cameron hesab edir ki, Böyük Britaniya Suriyada İslam Dövləti qrupuna qarşı mübarizə aparan koalisiyaya qoşulmalıdır.

O bildirib ki, Böyük Britaniya öz təhlükəsialiyini başqa ölkələrin hesabına təmin edə bilməz.

Gələn həftə bu məsələ ilə bağlı parlamentdə səsvermə gözlənilir.

Müxalifətdə olan Əmək partiyasının sözçüsü John McDonnell isə bildirib ki, bu cür suallar vicdan məsələsidir, deputatlar öz ağlı ilə hərəkət etməlidir.

Amma o qeyd edib ki, şəxsən onun özü Britaniyanın Yaxın Şərqdə hərbi iştirakına çox bədbin yanaşır.

O buna misal kimi İraqdakı dərsləri göstərir.

David Cameron noyabrın 23-də Fransaya İslam Dövləti qrupu ilə mübarizədə Britaniyanın Kiprdəki hərbi bazasından istifadə eləməyi təklif edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG