Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:32

Nardaranda qarşıdurma, ölən və yaralılar var - [Video, Fotolar]


.

Politoloq Azər Rəşidoğlu Naradaran hadisələrini şərh edir:


Vitse-spiker Bahar Muradova Nardaran hadisələri haqda:

Nardaranda baş verənlərə etiraz olaraq camaat "İmam Hüseyn" meydanına yığılıb.

Hacı Taleh Bağırzadənin harada olması haqda məlumat yoxdur. Onunla birgə neçə nəfərin saxlanıldığı bilinmir.

***

Sabunçuda yerləşən 3 saylı xəstəxana polis əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Hadisə yerində olan əməkdaşlarımız xəbər verirlər ki, xəstəxanaya heç kəs buraxılmır:

“Burda xəstə yaxınları var, dərman alıb xəstəsinə vermək istəyənə də polislər içəri girməyə icazə vermirlər. Yalnız xəstəxanadan kimsə çölə çıxa bilər, ancaq içəri buraxmırlar. Polislər xəstəxananın qarşısında da maşın saxlamağa qoymurlar”. (Ardı fotolardan aşağıda. Fotoları "Bizim yol" qəzetinin əməkdaşı və saytımızın oxucuları çəkiblər)

3 saylı Klinik Xəstəxanın qəbul şöbəsindən AzadlıqRadiosuna Nardarandan yaralıların gətirilməsini təsdiqləyiblər.

Amma xəstəxanaya neçə nəfərin gətirilməsi barədə məlumat verməyiblər.

Hələlik Daxili İşlər Nazirliyindən hadisə ilə bağlı rəsmi məlumat verilməyib. Nazirliyin mətbuat xidmətindən AzadlıqRadiosuna deyiblər ki, məsələ araşdırılacaq. Ehsan Zahidov:

Noyabrın 26-da Nardaranda atışma olub. İki nəfərin həlak olduğu haqda məlumat var. Tanınmış dindarlardan Hacı Taleh Bağırzadənin saxlandığı deyilir.

Nardaran ağasaqqalı Hacı Natiq Kərimov AzadlıqRadiosuna hadisənin baş verməsini təsdiqləyib. Amma dəqiq məlumatı olmadığını bildirib:

"İndi mən özüm Bakıdayam. Elə xəbəri telefonla mənə bildirdirlər. Dəqiq bilmirəm nə və nə üçün baş verib."

Virtualaz.org-un məlumatına görə, yaralılar Bakıdakı 3 saylı Klinik Xəstəxanaya aparılıb. Xəstəxananın qəbul şöbəsindən məlumatı təsdiqləyiblər.Xəstəxananın reanimasiya şöbəsindən isə 2 nəfərin öldüyü bildirilir.

Hadisənin motivləri barədə hələlik məlumat yoxdur.

İslamezeri.az saytının məlumatına görə isə atışmaya səbəb dindarların həbsi ilə bağlı qəsəbədə keçirilən əməliyyat olub.

İlahiyyatçı Taleh Bağırzadə və bir neçə dindar saxlanılaraq naməlum istiqamətə aparılıb. Hazırda Sabunçu Rayon Polis İdarəsinin qarşısında xeyli sayda polis qüvvəsi, suvuran maşın və bir neçə hərbi maşın var.

İnsidentin Nardarandakı "Rəhimə xanım" ziyarətgahının yaxınlığında namaz vaxtı baş verdiyi bildirlir.

Əgər hadisə barədə sizdə hər hansı məlumat, video, foto varsa,

AzadlıqRadiosuna da göndərməyinizi xahiş edirik:

- Kompüterdən - Yükləmə səhifəsinə daxil olub oradakı qaydalara əməl etməklə foto və ya videolarını bizə göndər.

- WhatsApp nömrəmiz:

(+420) 778 711 700

Görüntüləri elektron poçtla bura göndər: AzadAvropa.AzadliqRadiosu@gmail.com

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG