Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:44

Türkiyə ərzağına nəzarət gücləndirilir


Moskvada supermarket, arxiv fotosu

Moskvada supermarket, arxiv fotosu

-

Rusiya hökuməti Türkiyədən idxal olunan kənd təsərrüfatı məhsullarına nəzarəti gücləndirir. Bu barədə kənd təsərrüfatı məhsullarının təhlükəsizliyi agentliyinə göstəriş verilib və Türkiyə istehsalçılarının Rusiya normalarını dəfələrlə pozduğu bildirilib.

Kənd təsərrüfatı naziri Aleksander Tkachev noyabrın 26-da elan edib ki, Türkiyədən malların keçirildiyi sərhəd məntəqələrinə əlavə müfəttişlər yerləşdiriləcək və əlavə təftişlər aparılacaq.

“Təəssüf ki, Türkiyə kənd təsərrüfatı məhsullarının 15 faizi Rusiya standartlarına uyğun gəlmir,” Tkachev deyib.

İki gün öncə Türkiyə qırıcısı Suriya ilə sərhəddə Rusiya bombardmançısını vurub.

Rusiya siyasi münasibətlərinin gərginləşdiyi ölkələrdən məhsul idxalına adətən oxşar qadağalar qoyur.


Günün bütün mövzuları

XS
SM
MD
LG