Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:33

-

««MTN işi»nə görə həbs olunanların hər biri ilə bağlı ayrıca istintaq hərəkətləri aparılır. Əksəriyyəti deyir ki, rəhbərliyin göstərişlərini yerinə yetiriblər».

Bunu AzadlıqRadiosuna «MTN işi»nə görə həbs olunanlardan biri Mehman Abdullayevin vəkili Kamandar Nəsibov deyib:

«Hər biri ilə bağlı ayrıca istintaq hərəkətləri aparılır. Kimdəsə üzləşmə, kimdəsə dindirmə gedir. Müxtəlif vaxtlarda tutublar. Biri dünən (noyabrın 24-də-red.) tutulub, biri 15 gün əvvəl. Ona görə hər birinin epizodu ilə bağlı ayrı-ayrılıqda istintaq hərəkətləri aparılır».

AYRI-AYRI SAXLANIRLAR

Həbs olunanlar Bakı İstintaq Təcridxanasında saxlanılır. Kamandar Nəsibov söyləyir ki, tutulanlar birlikdə saxlanılmır:

«Bir cinayət işində ittiham olunduqlarına görə bir-birlərindən ayrı saxlanılırlar. Ancaq başqaları ilə bir yerdədirlər. Yəni, bir neçə adamlıq kamerada saxlanılırlar».

MTN-nin 21 sabiq zabiti reketçilik, qanunsuz həbslər, hədə-qorxu ilə tələbetmə və s. ağır cinayətlərdə ittiham olunurlar. Baş Prokurorluq noyabrın 25-də bu barədə rəsmi məlumat yayıb.

Məlumatda deyilir ki, cinayətlər idarə rəisi olan generalların başcılıq etdiyi bir necə zabit qrupu tərəfindən həyata keçirilib.

57 nəfər sahibkar və ayrı-ayrı vətəndaşlar bu günədək zərərçəkmiş şəxs kimi tanınıb. Onlara dəymiş zərər on milyonlarla ölçülür.

Günün bütün mövzuları

XS
SM
MD
LG