Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:48

-

Sentyabrdakı həcc ziyarətindən bəri itkin düşmüş keçmiş İran diplomatının meyiti tapılıb. Bu barədə İran mediası məlumat yayıb.

İranın Livandakı keçmiş səfiri Ghazanfar Roknabadi-nin meyiti DNT testi vasitəsilə müəyyənləşib. ISNA agentliyi bunu noyabrın 25-də adı çəkilməyən “etibarlı mənbələrə” əsasən yazıb.

Tasnim xəbər agentliyinə müsahibəsində Roknabadi-nin qızı keçmiş diplomatın meyitinin həcc basabasında ölənlərin arasından aşkarlandığını təsdiqləyib. Ancaq hələlik meyitin İrana nə vaxt veriləcəyi bəlli deyil

Bəzi İran rəsmiləri basabasdan sonra yaranmış qarışıqlıqda Roknabadi-nin oğurlandığını iddia edib.

Bu insident İranla Səudiyyə Ərəbistanı arasında gərginliyi artırıb. Həmin hadisədə Roknabadi ilə yanaşı digər iranlılar da itkin düşüb.

İran 464 vətəndaşının ölümünə görə Səudiyyəni “səriştəsizlik”də günahlandırıb.

Səudiyyə rəsmiləri Həcc basabasında 769 nəfərin həlak olduğunu bildirsə də, müstəqil hesablamalar bu rəqəmin 2 min olduğunu üzə çıxarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG