Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:03

-

2016-cı ilin aprel ayında tanınmış Azərbaycan bəstəkarı Qəmbər Hüseynlinin anadan olmasının 100 illiyi tamam olur.

Prezident İlham Əliyev Qəmbər Hüseynlinin 100 illiyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, “bəstəkarın “Cücələrim” əsəri bu gün də dünyada sevilə-sevilə dinlənilən uşaq mahnılarındandır”.

Qəmbər Hüseynli “Cücələrim” i 1948-ci ildə şair Tofiq Mütəllibovla ərsəyə gətirib. “Cücələrim” o vaxtdan indiyə qədər dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub.

Ancaq mahnı düz 10 il sonra məşhurlaşıb. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında ifa olunandan sonra «Cücələrim» yayılmağa başlayır. Müxtəlif dillərə çevrilir. Məşhur sovet cizgi filmi «Nu, poqodi!»nin bir bölümündə Azərbaycan dilində səslənib.

Günün bütün mövzuları

XS
SM
MD
LG