Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:05

-

Əfqanıstanda Sərhədsiz Həkimlər təşkilatının xəstəxanasına hücum insan səhvinin nəticəsi olan “qaçılması mümkün qəza” olub. Bu barədə ABŞ-ın təhqiqatı açıqlanıb.

ABŞ-ın ordu generalı John Campbell noyabrın 25-də Vaşinqtonda jurnalistlərə deyib ki, Kunduzda azı 30 nəfərin ölümüylə nəticələnmiş həmin hücum qəsdən törədilməyib.

“Bu, faciəvi səhv idi. ABŞ qüvvələri heç vaxt xəstəxanaya və ya digər qorunan obyektləri qəsdən vurmazdı,” Campbell deyib.

O, hadisəyə bağlı bəzi şəxslərin vəzifəsindən çıxarıldığını da sözlərinə əlavə edib. Ancaq konkret ad çəkməyib.

Əfqanıstan prezidenti Ashraf Ghani hesabatın açıqlanmasını alqışlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG