Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:32

-

“Çalışacağıq ki, düzgün və səhvsiz oynayaq. Azarkeşlərimiz bizdən yaxşı oyun gözləyirlər. Güclü komandaya qarşı oynayacağıq”.

Bunu “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov deyib.

Noyabrın 26-da UEFA Avropa Liqası qrup mərhələsinin V turu çərçivəsində “Qarabağ” “Tottenham” komandasını qəbul edəcək.

Oyundan əvvəl keçirilən mətbuat konfransında Qurban Qurbanov deyib ki, futbolçuların yaxşı çıxış edəcəyinə əmindir. Baş məşqçi rəqibin heyətində güclü oyunçuların olduğunu da bildirib: “Rəqibin yeddi üzvünün Bakıya gəlməməsi onlar üçün ciddi problem deyil. Çünki “Tottenham” böyük klubdur. Bütün oyunçular əllərinə düşən imkandan istifadə etməyə çalışır. Meydana daha istəkli və yorğun olmayan futbolçular çıxacaq. Bu da bizə problem yarada bilər”.

“Qarabağ” “Tottenham” qarşılaşması T.Bəhrəmaov adına Respublika Stadionunda saat 22.00-da keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG