Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:55

Birləşmiş Ştatlar Rusiyadan olan 4 fiziki və 6 hüquqi şəxsi sanksiyalar siyahısına salıb.

Onlar Suriya prezidenti Bashar Assadı dəstəkləmək və Suriya hökumətinin “İslam Dövləti” qrupundan neft almasına kömək eləməkdə ittiham olunurlar.

Bu barədə noyabrın 25-də ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb.

Sanksiyalarda onların aktivlərinin dondurulması və ABŞ vətəndaşlarının bu şəxs və təşkilatlarla istənilən sövdələşməsinin qadağan edilməsi nəzərdə tutulur.

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti və keçmiş Kalmıkiya rəhbəri Kirsan Ilyumzhinov habelə “Rusiya Maliyyə Alyansı” da sanksiyaya düşənlər arasındadır.

Amma Ilyumzhinov İnterfaksa müsahibəsində Suriya və ya İranda heç bir biznes marağı olmadığını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG