Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:29

-

Azərbaycan Dövlət Musiqili Teatrında yenidən fəaliyyətə başlayan Yaradıcılıq Studiyası açılışa hazırlaşır.

Teatrın Mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, studiyanın açılış mərasiminin vaxtı 2015-ci ilin sonuna planlaşdırılıb.

Yaradıcılıq Studiyasının açılış mərasimində gənc rejissor Tamilla Aslanovanın hazırladığı “Uğur” adlı konsert-tamaşa təqdim olunacaq.

Bu, Tamilla Aslanovanın ilk sərbəst rejissor işidir: “İnanıram ki, hazırladığımız konsert-tamaşa maraqla qarşılanacaq”, - deyə gənc rejissor Tamilla Aslanova mətbuat xidmətinə bildirib.

Yaradıcılıq Studiyasının rəhbəri rejissor Əsgər Əsgərovdur.

Studiyada Musiqili Teatrın gənc əməkdaşları ilə yanaşı, müsabiqə nəticəsində seçilmiş bir sıra teatrların gənc aktyor və rejissorları, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və aktyor olmaq arzusunda olan gənclər təmsil olunurlar.

Studiya milli teatrın inkişafının təmin edilməsi, gənclərdə musiqili teatra marağın gücləndirilməsi, milli səhnə sənətinin hərtərəfli inkişafının istiqamətləndirilməsi məqsədilə yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG