Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:17

Rusiya Suriyadakı hərbi bazasında müasir növ hava hücumlarından müdafiə sistemi yerləşdirməyi planlaşdırır.

Rusiya prezidentinin mətbuat katibi Dimitry Peskov noyabrın 25-də bildirib ki, müdafiə nazirliyi Himeymim bazasında S-400 zenit sistemləri qurulmasını məsləhət görüb və prezident Putin buna icazə verib.

Vladimir Putin hələ bundan əvvəl Yekatrinburqda Suriyaya S-300 raketləri göndəriləcəyini demişdi.

Moskva bu addımı noyabrın 24-də Türkiyənin Rusiyanın SU-24 təyyarəsini vurulmasından sonra atır.

Türkiyə təyyarənin ölkənin hava məkanına girdiyini deyir, Moskva isə bunu rədd edir.

Qeyd edək ki, SU-24 təyyarəsindəki pilotlardan biri həlak olub, digəri isə xilas edilib və hazırda Rusiyanın Suriyadakı hərbi bazasındadır.

Həmçinin Rusiyanın Müdafiə Nazirliyi noyabrın 24-də bəyan edib ki, S-300 zenit raketləri ilə təhciz olunmuş Moskva kreyseri Suriyanın Aralıq dənizi sahilində mövqe tutacaq.

Rusiya baş qərargahının rəsmisi Sergei Rudskoi xəbərdarlıq edib ki, bizə potensial təhlükə olan bütün hədəflər məhv ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG