Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:41

-

Noyabrın 27-də saat 11:00-də AMEA-nın İctimai Elmlər Bölməsinin təşkilatçılığı ilə dəyirmi masa keçiriləcək.

AMEA-nın yaydığı xəbərə görə, dəyirmi masa 1932-1933-cü illərdə Ukraynada baş vermiş Qolodomor (Sovet kommunist rejimi tərəfindən Ukrayna xalqına qarşı törədilmiş soyqırımı) faciəsinə həsr ediləcək.

Dəyirmi masa «SSRİ-də kütləvi terror – kütləvi siyasi repressiyalar. 1932-1933-cü illərdə Ukraynada Qolodomor tarixi həqiqətləri» adlanacaq.

Tədbirdə tanınmış Amerika tarixçisi, ABŞ-nın Yel Universitetinin professoru Timothy Snyder-in «Qanlı torpaqlar: Avropa Hitler və Stalin arasında» kitabının təqdimatı olacaq.

Timothy Snyder Şərqi Avropa tarixi üzrə ən məşhur Amerika alimlərindəndir.

Onun «Qanlı torpaqlar: Avropa Hitler və Stalin arasında» kitabı dünyada böyük rezonans doğurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG