Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:49

-

Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub.

Trend-in məlumatına görə, prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunan Ramin Quluzadə noyabrın 25-də nazirliyin kollektivinə təqdim edilib.

Ramin Quluzadə Heydər Əliyev Fondunda İşlər departamentinin direktoru vəzifəsində çalışıb. 2004-cü ildən Fondda işləyən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.

Ramin Quluzadə 2014-cü ildə Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə «Tərəqqi» medalı ilə təltif edilib.

O, 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magistr dərəcəsi ilə bitirib. Ailəlidir, 2 övladı var.

Bir müddət əvvəl prezident nazir Əli Abbasovu vəzifəsindən azad edib.

Ramin Quluzadə onun işini icra edəcək. Prezident həmçinin İltimas Məmmədovu birinci müavin vəzifəsindən azad edərək müavin təyin edib.

Nazirliyin bir qrup yüksək vəzifəli rəsmisi korrupsiya şəbəkəsi yaratmaq ittihamı ilə həbs edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG