Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:00

-

Rusiya Ali Məhkəməsi ukraynalı rejissor Oleh Sentsov-a məhkəmə hökmünü qüvvədə saxlayıb. O, avqustda terrorçuluq ittihamları ilə 20 il cəza alıb.

Özü və beynəlxalq insan haqları qrupları bu ittihamları siyasi motivli sayır.

Noyabrın 24-də Ali Məhkəmə müdafiə tərəfinin müraciətini rədd edib. Sentsov-la yanaşı fəal Oleksandr Kolchenko da 10 il cəza almışdı.

Sentsov krımlıdır, Rusiyanın ötən il Ukraynanın Krım yarımadasını anneksiya etməsinə qarşı çıxıb.

O, ötən ilin mayında Krımda rusiyapərəst təşkilatların partladılmasını planlaşdırmaqda şübhəli bilinərək həbs olunub. Daha sonra ona terrorçuluqla bağlı bir sıra ittihamlar irəli sürülüb.

39 yaşlı Sentsov bütün ittihamları rədd edir, “işğalçı tərəfindən ədalətli mühakimə olunmağın mümkün olmadığını” bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG