Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:50

«Bandotdel» Cahangir Hacıyevin restoran xərclərini araşdırır


Cahangir Hacıyev

Cahangir Hacıyev

-

DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi («Bandotdel») Beynəlxalq Bankın sabiq başçısı Cahangir Hacıyevin şəxsi kredit kartından 1 milyon dollar xərclənməsi faktını araşdırır.

virtualaz.org saytının əldə etdiyi xəbərə görə, qulluq mövqeyindən sui-istifadə edərək bankın böyük məbləğdə vəsaitini şəxsi ehtiyaclarına xərcləyən C.Hacıyev bu borcunu bu günədək də ödəməyib.

«Cahangir Hacıyev DİN-in müstəntiqləri tərəfindən bu faktla bağlı dindirilib. Bank vəsaitlərinin başqa məqsədlərlə xərclənməsi faktına görə Cahangir Hacıyevin keçmiş köməkçiləri, o cümlədən Anar Bəkirov da sorğu-sual olunublar» - deyə DİN-dəki mənbə virtualaz.org saytına bildirib. Beynəlxalq Bankdan daxili auditin nəticələrinə dair açıqlama verməkdən, habelə bank rəhbərinin maaşını açıqlamaqdan imtina ediblər.

BAKIDA MƏMURLARIN «ŞLAQBAUM OYUNU»

Bakıda bəzi küçələrdə binaların qarşısında yeni şlaqbaumlar peyda olmağa başlayıb.

«Trend» agentliyi yazır ki, şlaqbaumlara daha çox məmurların və iş adamlarının yaşadığı binaların ərazisində rast gəlinir:

«Bakıda «milyonerlər məhəlləsi» kimi tanınan Məmməd Araz (keçmiş Teymur Əliyev) və ona yaxın İbrahimpaşa Dadaşov küçələrində şlaqbaumlar quraşdırılıb. Burada yaşayan bəzi sakinlərin şlaqbaumları açmaq üçün pultu var. Pultu olmayanlar isə avtomobillə həyətə daxil olmaq üçün kimdənsə xahiş etməlidirlər. Sözügedən küçələrdə şlaqbaumların qoyulması bir yana, həmçinin «giriş qadağandır» yazılan plakatlar mövcuddur. Məmurların və ya imkanlı şəxslərin bu addımı atmaqda məqsədləri nədir? Bununla özlərini cəmiyyətdən təcrid etmək, yoxsa insanları siniflərə ayırmaq istəyirlər?».

Məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, binaların qarşısına şlaqbaumlar qoyulması qanunla tənzimlənir: «Qanunla da sədlərin, şlaqbaumların özbaşına qoyulması yolverilməzdir. Buna görə məsuliyyət nəzərdə tutulub».

MTN

MTN

MTN-DƏN VURULAN «ÇETE» KİMLƏRİN İŞİNƏ YARAYIR?

«Bizim Yol» qəzeti yazır ki, hərə özünə düşmən saydığı şəxsi Eldar Mahmudov və onun «çete»si ilə əlaqələndirib vurmağa çalışır:

«Cəmiyyət... bir nazirlikdə belə cinayətkar dəstənin formalaşmasının, sahibkarların açıq-aşkar talan olunmasının, zorakılıqla var-dövlətdən məhrum edilməsinin necə mümkün olması barədə suallara cavab axtarır.

İctimai müzakirələrin bu müstəvidə qızışdığı ərəfədə başqa bir maraqlı tendensiyanın şahidi oluruq -hərə özünə düşmən saydığını Eldar Mahmudov və onun «çete»si ilə əlaqələndirib vurmağa çalışır. «Soba o qədər gur yanır ki, onun içinə nə atsan yanıb külə dönər» prinsipi ilə hərəkət edən bəzi qüvvələr ictimai maraqları tapdalamağı əsla eyib saymırlar. Burada ictimai maraq dövlətin içində kök salmış, adı müxtəlif cinayətlərdə hallanan şəbəkələrin zərərsizləşdirilməsindən, bu prosesin sağlam əsaslarla bütün dövlət qurumlarını əhatə etməsindən ibarətdir. Amma ictimai diqqəti öz maraqları naminə yönəltməyə cəhd edənlər müsbət tendensiyanı tormozlamağa çalışırlar. Məsələn, MTN-dən «vurulan» dəstənin əməllərini başqalarının ayağına yazmaq, yaxud ümumiyyətlə həbs edilən, işdən qovulan məmurlarla əlaqəsi olmayan şəxslərin, ictimai xadimlərin adını prosesdə hallandırıb diqqəti əsas hadisələrdən yayındırmaq cəhdləri var».

AZƏRBAYCANIN BEYNƏLXALQ NÜFUZU YÜKSƏLİR

«Azərbaycan» qəzeti yazır ki, ildən-ilə artan iqtisadi imkanları Azərbaycana olan marağı artırır:

«Prezident İlham Əliyev ötən 12 ildə dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərir. Son illər mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün Bakı şəhərinin seçilməsi, eyni zamanda qlobal əhəmiyyətli tədbirlərə ölkəmizin dəvət olunması Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldir».

Günün bütün mövzuları

XS
SM
MD
LG