Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:16

Gürcüstan İD videosunu araşdırır


Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti

-

Gürcüstan İslam Dövləti (İD) qruplaşmasının yaydığı videonu araşdırmağa başlayıb. Videoda Suriyada İD yaraqlıları ilə yanaşı döyüşən, gürcücə danışanlar göstərilir.

12 dəqiqə yarımlıq video İnternetdə yayılandan bir gün sonra, noyabrın 23-də Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti araşdırmaya başladığını bildirib.

Videoda 4 kişi gürcücə danışır, əllərində AK-47 avtomatı və RPG qumbaraatanı tutub, Gürcüstandakı müsəlmanları “xilafətə” qoşulmağa çağırır.

Həmin şəxslər Gürcüstanın müsəlmanlar yaşayan Acarıstan regiondakı müsəlman ruhaniləri sərt tənqid edir, “xəyanətkarlar”ın başını kəsməklə hədələyir.

Gürcüstan mediası həmin şəxslərin Acarıstanın keçmiş sakinləri olduğunu yazır.

Gürcü rəsmiləri onlarla gürcünün Suriya və İraqdakı İD yaraqlılarına qoşulduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG