Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:19

Xədicə İsmayılın məhkəməsi davam edəcək


PEN təşkilatının karikaturası

PEN təşkilatının karikaturası

-

Noyabrın 25-də saat 15.00-da Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın məhkəməsi davam edəcək. Məhkəmə prosesinə hakim İlqar Murquzov sədrlik edir.

X. İsmayılova Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək 7,5 il müddətində azadlıqdan məhrum edilib.

Hazırkı apellyasiya şikayətində müdafiə tərəfi cinayət işinə xitam verilməsini, jurnalistin azadlığa buraxılmasını istəyir.


Xədicə İsmayıl ittihamları rədd edir, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir.

"Amnesty İnternational" Xədicə İsmayılı "vicdan məhbusu" elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG