Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:34

Fransanın şimalında “girovlar” götürülüb


Rube şəhəri 2012-ci ildə də polis əməliyyatına meydan olmuşdu
Rube şəhəri 2012-ci ildə də polis əməliyyatına meydan olmuşdu

Polis hadisənin 13 noyabr Paris basqınları ilə bağlı olmadığını bildirib.

Fransanın şimalında yerləşən Rube (Roubaix) şəhərində atışma səslərinin ardınca adamların silahlılar tərəfindən girov götürüldüyü xəbər verilib.

İnsidentin şəhərin hansı hissəsində baş verdiyi barədə xəbərlər ziddiyyətlidir.

Şahidlər atəş səslərinin eşidildiyi ərazinin polis tərəfindən mühasirəyə alındığını deyirlər.

Reuters agentliyi yerli bank müdiri və onun ailəsinin girov götürüldüyünü xəbər verir.

Rube şəhəri Belçika ilə sərhəd bölgədə yerləşir.

Polis hadisənin 13 noyabr Paris basqınları ilə bağlı olmadığını bildirib.

XS
SM
MD
LG