Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:40

Nyu-York məhkəməsi əslən Pakistandan olan Abid Naseeri 40 il azadlıqdan məhrum edib.

O terrorçuluqda ittiham olunur.

O ilk dəfə 2009-cu ildə Böyük Britaniyanın Mançester şəhərində saxlanıb.

Bir qədər sonra o və daha 9 şübhəli sərbəst buraxılıb, amma şoradan saxlanaraq ABŞ-a təhvil verilib.

Birləşmiş Ştatlarda ona qarşı Qərb ölkələrində terror aktlarına hazırlaşmaqla bağlı ittiham irəli sürülüb.

İstintaqın gəldiyi nəticəyə görə Abid Naseer Əl Qaidə ilə əlbir olan terrorçu qrupa rəhbərlik edib.

Həmin qrup 2009-cu ildə Mançesterdəki ticarət mərkəzində minalanmış maşınlar və intiharçılarla terror planlaşdırırmış.

Günün bütün mövzuları

XS
SM
MD
LG